FHN-in saytına istinadən xəbər verilir ki, Bunun davamı olaraq, 5 sentyabr 2022-ci il tarixindən etibarən FHN-in dəvəti ilə qardaş Türkiyə Respublikasından yenidən 20 nəfərdən artıq peşəkar psixoloq ölkəmizdə olacaq. Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər.
Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər. (APA)