21.06.2025, 17:06
AZ EN
21.06.2025, 12:54 241

ANAMA işçi axtarır

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə “ekskavator operatoru” vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edib.

Bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, namizədlərin müvafiq vəsiqə və sertifikatları, sözügdən sahədə 2 ilə qədər iş stajı olmalıdır.

Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq sənədləri career@anama.gov.az ünvanına göndərməlidir.

Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək. (Report)

Oxşar xəbərlər