Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkalar Cəbrayılda iyunun 23-ü saat 14:00-da “Yapıncı Tekstil” tikiş sexində, Zəngilanda iyunun 24-ü saat 14:00-da “Ağalı” hoteldə, Laçında iyunun 25-i saat 11:00-da Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsində təşkil olunacaq.
Həmin aktiv məşğulluq tədbirlərində ümumilikdə 5 işəgötürən tərəfindən 60 vakansiya (tikişçi, xalçaçı, elektrik, santexnik, operator, təsərrüfatçı, bənna, aşpaz, bağban və s.) təqdim olunacaq.
Tədbirdə iştirak edən sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat veriləcək, uyğun namizədlərin qeydiyyatı aparılacaq. (AZƏRTAC)