"Vətən səsi" xəbər verir ki, layihə respublikanın şimal bölgəsinə aid 3 rayonda - Qəbələ, İsmayıllı və Xaçmazda həyata keçiriləcək. Layihə çərçivəsində maarifləndirici tədbirlər təşkil olunacaq, Qərbi Azərbaycanla bağlı qədim mədəni irs abidələri və tarixi-hüquqi faktları, eyni zamanda Qərbi Azərbaycana Qayıdış Konsepsiyası, qədim coğrafi ərazilərinin əks olunduğu qısametrajlı sənədli film çəkiləcək, benefisiarlara bukletlər paylanılacaqdır.
Layihənin koordinatoru, Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib ki, layihəi 3 ay davam edəcək. Onun sözlərinə görə, hazırda layihənin hazırlıq mərhələsi başlayıb: "Bu mərhələdə Layihəyə cəlb olunacaq işçi heyəti ilə mövzu barəsində ətraflı mülahizə aparılacaq. Onlara görəcəyi işlər izah olunacaq və müqavilələr bağlanacaq. Sənədli filmin ssenarisi hazırlanacaq".
Bundan başqa, Qərbi Azərbaycanla bağlı çap məhsullarının (bukletlər) hazırlanması nəzərdə tutulur.
Layihənin əsas məqsədi maarifləndirici tədbirlər, paylanma materialları və sənədli filmin sosial platformalarda yayılması ilə Qərbi Azərbaycan haqqında olan tarixi həqiqətləri gənclərə və dünya ictimaiyyətinə çatdırmaqdır.
Elxan SALAHOV