20.06.2025, 19:47
AZ EN
20.06.2025, 14:11 204

Hörmüz boğazının əhəmiyyəti

XƏBƏRLƏR
  • Bura Yaxın Şərqin neft və qaz ixracında həyati əhəmiyyət kəsb edən su yoludur.

İran isə son hadisələrdən sonra bu boğazı bağlamaqla bağlı fikirlər səsləndirir. Qlobal enerji təhlükəsizliyində mühüm rola malik, dünyanın ən mühüm neft damarı sayılan, dünya neftinin təxminən üçdə birinin daşındığı Hörmüz boğazı bağlansa nəticə necə olar?

Hörmüz boğazı strateji baxımdan çox əhəmiyyətli dəniz keçididir. O, İranla Oman arasında yerləşir, Bəsrə və Oman köfrəzlərini biləşdirir. XX əsrdə Hörmüz modenləşdirilərək İranın neft və qaz ixracı üçün mühüm məntəqələrdən birinə çevrilib. 1979-cu ildə İslam inqilabından sonra İran dəniz donanmasını daha da gücləndirib. Bununla da boğaza nəzarəti tədricən ələ alıb.

1980-1988-ci illərdə İran-İraq müharibəsi zamanı burada baş verən hərbi əməliyyatlar tarixi ədəbiyyata “Tanker müharibəsi” kimi daxil olub. İran İraqın neft ixracını zəiflətmək üçün Küveyt və Səudiyyə Ərəbistanı limanında gedən tankerlərə hücum edib. İraq isə İranın cənub limanında və dəniz ticarət yollarına raket və aviasiya hücumları təşkil edib. Nəticədə yüzlərlə tanker, ticarət gəmisi zərər görüv və bir çoxu batıb. İslam inqilabından sonra ABŞ ilə münasibətləri kəsilən və  ağır sanksiyalara məruz qalan İran İslam Respublikası 40 il ərzində zaman-zaman boğazı bağlamaq fikirlərini bəyan edib. Köfrəz əməkdaşlıq ölkələri 2000-ci ildə boğazın bağlanması təhlükəsinə qarşı müdafiə paktı imzalayırlar. Buna baxmayaraq, 2025-ci il iyununn 13-də İsraillə İran arasında alovlanan münaqişə səbəbindən İran yenidən boğazı bağlamaqla bağlı fikirlər səsləndirib.

Bəs Hörmüz boğazı dünya üçün niyə bu qədər önəmlidir?

Hazırda qlobal neft və qaz tədarükününü 20 faizindən çoxu bu boğaz üzərindən daşınır. Hörmüzdən hər gün 17-20 milyon barel neft yüklü tankerlər keçir. Boğaz vasitəsilə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, İraq kimi ölkələrin nefti dünyaya ixrac olunur.  Köfrəzdən daşınan neftin böyük hissəsi Səudiyyə Ərəbistanına məxsusdur.  Lakin İranın da neftini bu limanla ixrac etməsi, həmçinin Bəhreyndə ABŞ hərbi donanmasının yerləşməsi, eləcə də boğazın beynəlxalq status daşıması İranı Hörmüzü bağlamaqdan çəkindirə bilər. Beynəlxalq Dəniz Hüququ Konvensiyasına əsasən, bütün ölkələrin gəmiləri  Hörmüz boğazından maneəsiz keçməlidir. Boğazın şimal hissəsi İrana, cənib hissəsi isə Omana aid olsa da, İranın hədələri Hörmüzün hüquqi statusunu bir daha gündəmə gətirir. ABŞ və Qərb dövlətləri İranın bu iddialarını rədd edərək boğazın beynəlxalq açıq dəniz hüququna tabe olduğunu bildirirlər.

İsrail-İran qarşıdurması zamanı boğazda hərbi əməliyyatlar aparılmasa da, 17 iyunda boğazda İrana məxsus 3 tankerdə yanğın baş verib. Gəmilərə hücum olduğu təsdiqlənməsə də, təxribat iddiaları səsləndirilir..

Mütəxəsislər isə Hörmüz boğazı bağlanarsa,  neftin 130 dollaradək bahalaşacağını hesab edirlər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər