20.06.2025, 17:50
AZ EN
20.06.2025, 12:17 258

"Dilimiz varlığımızdır” layihəsi çərçivəsində müzakirələrə başlanıb

XƏBƏRLƏR
  • Azadlıq Hərəkatçıları İctmai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Dilimiz varlığımızdır” layihəsinin icrası davam edir. Layihənin ilkin mərhələsi – hazırlıq və araşdırma mərhələsi artıq başa çatıb.

İctimai Birlikdən “Vətən səsi”nə verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunmasına həsr edilib. Layihə çərçivəsində Konstitusiyada dövlət dili kimi təsbit edilmiş Azərbaycan dilindən istifadə vəziyəti ilə bağlı araşdırmalar nəticəsində əldə edilən dil qüsurları ətraflı təhlil edilib, televiziya verilişləri vasitəsilə canlı yayımda müzakirələrə başlanıb.

SƏS TV onlayn televiziyasında yayımlanan verilişlər geniş ictimaiyyətin, xüsusilə ziyalıların maağına səbəb olub. İlk verilişdə Azərbaycan dilindən istifadədə yol verilən qüsurlara ümumi baxış müzakirə edilib, ən şox dil qüsurları üzərində ətraflı fikir mübadiləsi aparılıb. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq Mərkəzinin rəhbəri, filologiya elmləri doktoru, professor Sevinc Əliyevanın iştrak etdiyi verilişdə cəmiyyətin müxtəlif sahələrində dövlət dilindən istifadədə zamanı bilərəkdən və ya bilməyərəkdən qüsurlara yol verilməsi pislənilib və belə hallar Azərbaycan Respublikasının Konstitusiyasına sayğısızlıq kimi dəyərləndirilib. Verilişdə həmçinin ölkə başçısının müvafiq sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi təqdir olunub, dövlət dilinə münasibətin daim diqqət mərkəzində saxlanılmasının vacibliyi qeyd olunub.

Xatırladaq ki, iyulun axırınadək davam edəcək verilişlərdə televiziya və radio efirlərində, reklam çarxları və lövhələrində, film və serialların istehsalında, habelə mahnı ifaçılığında, sosial şəbəkələrdə yol verilən dil qüsurları ayrı-ayrılıqda müzakirə ediləcək, layihənin yekununda hazırlanacaq təkliflər müvafiq qurumlara ünvanlara göndəriləcək.

Oxşar xəbərlər