Bunu müsahibəsində İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümü ilə bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin qazisi Vüsal Həsənov deyib.
V.Həsənov Şuşaya daxil olmağın çətin, eyni zamanda, şərəfli missiya olduğunu diqqətə çatdırıb.
“Bu ilin sentyabrında 24 saat başa çatmadan aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın konstitusiya quruluşu bərpa edildi. Növbəti Qələbəmiz nəticəsində Ordumuz peşəkarlığını, döyüş ruhunu, planlı şəkildə fəaliyyətini dünyaya nümayiş etdirdi. Yollar özü bizi Şuşaya, oradan da Xankəndiyə apardı. Bu gün artıq azad edilmiş bütün torpaqlarımızı üçrəngli bayrağımız bəzəyir. Zəfərimizin üçüncü ildönümündə Xankəndində keçirilən hərbi parad isə hər birimizi daha da qürurlandırdı”, - deyə qazi fikirlərini yekunlaşdırıb. (AZƏRTAC)