19.09.2024, 06:01
AZ EN
02.10.2022, 16:35 153

Son sutkada 103 nəfər koronavirusa yoluxub

XƏBƏRLƏR
  • Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargah-dan verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 821 635 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 889 nəfər müalicə olunaraq sağalıb, hazırda 827 aktiv xəstə var. Bu günə qədər 9 919 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 223, bu günə qədər isə ümumilikdə 7 254 846 test icra olunub.

Son gündə koronavirus əleyhinə vurulan vaksinin sayı 1140 olub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 165, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 265, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 50 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 892 609 təşkil edir.

 

Oxşar xəbərlər