01.08.2025, 12:58
AZ EN
14.06.2025, 11:04 165

Məktəbəhazırlıq qruplarına qəbul başlayacaq

XƏBƏRLƏR
  • İyunun 21-dən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start veriləcək.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək:

"Qeyd edim ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər. Proses eyni qaydada 12 sentyabr tarixinə qədər davam edəcək". (Report)

Oxşar xəbərlər