13.06.2025, 00:23
AZ EN
11.06.2025, 17:23 110

İrəvanla bağlı indiyə qədər məlum olmayan faktların əks olunduğu kitabın təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan və ingilis dilində çap olunan "İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər" adlı kitabda İrəvanla bağlı dünyaya məlum olan və olmayan faktalr öz əksini tapıb.

Bunu "Qərbi Azərbaycana qayıdış istiqaməti üzrə icra edilən layihələr"ə dair brifinq çərçivəsində açıqlamasında "Kainat" Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri Fəridə Səfiyeva deyib.

O bildirib ki, bu kitab iki hissədən ibarətdir: "Adından da göründüyü kimi, kitabda İrəvanın xanlıq dövründən başlayan tarixi izlənilir. İrəvan şəhərinin və eləcə də Qərbi Azərbaycanın monoetnik bir dövlətə çevrilməsi prosesi göstərilir və orada İrəvanın arxitekturası, tarixi abidələri, məktəbləri, teatrı barədə məlumatlar əks olunur. Bunlar hamısı ensiklopedik formada və şəkillərlə nümayiş edilir. Kitabın çap olunmasında əsas məqsəd xarici vətəndaşlara, xaricdə və Azərbaycanda yaşayanlara İrəvan haqqında bütün həqiqətləri qısa, lakonik, eyni zamanda, müasir dövrümüzə uyğun təqdim etməkdir".

Birlik sədri vurğulayıb ki, kitabda, həmçinin rəsmlər öz əksini tapıb: "Misal üçün, fransız rəssamın çəkdiyi İrəvan şəhəri təsvirində onun məhz müsəlman şəhəri olduğu tam aydın və detalları ilə göstərilir. Ona görə də Fransada kimsə desə ki, İrəvan Azərbaycan şəhəri deyil, biz məhz fransız rəssamın çəkdiyi şəkli ortaya qoyub, öz dilləri ilə onlara İrəvanın Azərbaycan şəhəri olduğunu isbat edə bilərik". (Report)

Oxşar xəbərlər