Uşaqların Beynəlxalq Müdafiəsi Günündə təşkil edilən festivala şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın övladları, uşaq evlərinin sakinləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar da dəvət alıb.
Tədbir zamanı Heydər Əliyev Mərkəzinin parkı mövzular və əyləncə növləri üzrə zonalara bölünəcək. Burada maraqlı və fərqli əyləncələr, maarifləndirici proqramlar təqdim olunacaq.
Festival çərçivəsində uşaq və gənclərin iştirakı ilə müxtəlif konsert proqramları təşkil olunacaq, gənc istedadlar öz bacarıqlarını nümayiş etdirəcək, rəqs qrupları və musiqi ansambllarının ifasında maraqlı çıxışlar olacaq, viktorinalar keçiriləcək.
Qeyd edək ki, festivalda “Art/Face Art” meydançasında uşaqlara müxtəlif incəsənət növləri öyrədiləcək.
Hazırladı: Mina RƏŞİD