Həmçinin işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı təşkil edilib. Belə ki, yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəbdə, Zabux kənd tam orta məktəbində və Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. (AZƏRTAC)