Bunu keçmiş məcburi köçkün Familə Həsənova Laçın rayonunun Bəylik kəndinə yola düşməzdən öncə söyləyib.
“Sevinc hissimi təsvir etmək mümkün deyil. O qədər sevincliyik ki, bundan danışarkən doluxsunuruq. Bu gün vətənimizə gedirik. Bir göyərçinin qəfəsdən azad olması kimidir. Azad yaşayacağıq. Bunu duyğuları sözlə çatdırmaq mümkün deyil”, – o deyib.
O, doğma yurdunda “əvvəlki kimi təsərrüfatla məşğul olacağını” vurğulayıb. (Report)