Aksiya yerinə bir qrup xarici media orqanlarının əməkdaşları gəliblər.
Bu sıraya İtaliyanın “İl Giornale” qəzeti, İspaniyanın “ABC” qəzeti, “EFE” afentliyi (Azərbaycandakı müxbiri), Macarıstanın “Magyar Nemzet” qəzeti, Türkiyənin CNN Türk, “Milliyet” qəzeti, “Haber Global”, Rusiyanın “News.ru”, “Vestnik Kavkaza” KİV-ləri, Böyük Britaniyadan araşdırmacı Taras Kuzio daxildir.
Hazırda onlar aksiyanın keçirilmə səbəbləri baradə də məlumatlandırılır.
Xarici KİV nümayəndələri hazırda toplanış yerindən çəklişlər edirlər, etirazçılar ekologiyanı qorumağa çağıran şüarlar səsləndirirlər.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 33 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. (Report)