02.08.2025, 05:50
AZ EN
22.05.2025, 14:39 259

Xocalı sakini: Doğma yurda qayıdışın doğurduğu hissləri sözlə ifadə etmək çətindir

XƏBƏRLƏR
  • Xocalıya dönən sakin doğma yurda qayıdışın doğurduğu hissləri sözlə ifadə etməyin çətin olduğunu bildirib.

Bunu şəhər sakini Hüseyn Həsənov deyib.

O, uzun illərdən sonra doğma yurda qayıtdıqları üçün çox sevincli olduqlarını söyləyib:

“Torpaqlarımızın işğalından sonra çox əziyyətlər çəkdik, fasilələrlə bir neçə rayonda məskunlaşdıq. Qismət elə gətirdi ki, çəkdiyimiz əziyyətə baxmayaraq bu günü də gördük. İndi o qədər sevincli və həyəcanlıyam ki, yaşadığım hissləri sözlə ifadə etmək çətindir.

Şübhəm yoxdur ki, biz bu gündən sonra öz evimizdə firavan yaşayacağıq. Doğma yurda qayıtmağımıza görə borclu olduğumuz şəhidlərə Allahdan rəhmət diləyirəm”. (Report)

Oxşar xəbərlər