Cəbrayılın Soltanlı kənd sakini Çapar Kazımlı:
-Soltanlıda elə ailələr vardı ki, 9 uşağa sahib idi, o 9 uşağın 9-u da ali təhsilli idi. Onlardan 2-si ya elmlər namizədi, ya da elmlər doktoru idilər. Soltanlını respublikanın digər kəndlərindən fərqləndirən bu amillər idi.
Çapar Kazımov isə müəllimlik yolunu seçib. Özü kimi bacı və qardaşları da ali təhsil alıb, Soltanlı kəndinin ənənəsinə sadiq qalıblar. Çapar Kazımov doğma kəndindən, Cəbrayılından bəhs edən əsərlərin müəllifidir. Onun indiyə kimi 31 kitabı çap olunub ki, bunlardan 18-ni Cəbrayıla həsr edib.
Çapar Kazımov söhbət əsnasında mərhum professor, tarixçi-ailim Mahmud İsmayılovla bağlı kənddəki xatirələrindən sə söz açıb və yed edib ki, Mahmud İsmayılov o vaxtlar kəndimizə gəlmişdi. Tarixçi-alimlə xeyli söhbət etdik. Dedim ki, indi deyəsən quruluşun, sovet rejiminin dağılmasına çox meyillidirlər.İstəyirəm, bu kəndin tarixi haqqında yazam. Qayıtdı ki, müəllim, kəndin tarixi nədi, məhəllənin də tarixini yazmaq lazımdır. Siz görmürsünüz ki, nankor qonşular az qalır özlərin şişirdib hara qoyublar. Cəbrayılın toponimi, tarixi, coğrafiyası, etnoqrafiyası, tarixi abidələri, Cəbrayılın şəhidləri, könüllü döyüşçüləri, bunların hamısı haqqında müfəssəl materaillar o kitalarda əks olunub.
Qeyd edək ki, rayonun işğalı və azad olunması eyni aya, oktyabr ayına təsadüf edir. Çapar Kazımov deyir ki, Cəbrayıl işğaldan azad olunandan sonra oktyabr ayı onun ü çün fərqli olub: “Bu sevinclərimi ağ rəngə bənzədirəm. Həmişə kənddə yaşadığım ömrümün nağılı olub. Getdim kəndimi ziyarət elədim, təbii ki, gözdüklərim qəlbimi sızlatdı, ermənilər evlərimizi dağıdıb yerlə bir etmişlər. Orda mən əkin sahələrinə baxdım. Əkin sahələri ürəyimi əsdirdi. O kəndin hər bir qarışı mənim üçün ayrı bir xatirədir. Mən ordan gələndən sonra kədərlə yanaşı özümdə gümrahlıq da hiss elədim. Çünki hər şeyə rəğmən Vətən torpağı azad idi. Rayonlarımızda, kəndlərimizdə abadlıq, qurucluluq-bərpa işləri həyata keçirilirdi”.
Yenidən qurulacağı Soltanlı kəndinin də ağıllı kənd olacağı Kazımlı ailəsində müxtəlif gözləntilər yaradır. Çapar Kazımov deyir ki, Zəngilan rayonunun Ağalı kəndini mən necə görürəmsə, Soltanlını bir az ondan da yaxşı görmək istəyirəm və görəcəm də, buna şübhəm yoxdur. Çünki o layihəyə də baxıram, o layihə də çox gözəldir, hər bir şey yerindədir.İnanıram ki, Cəbrayıl rayonlar icərisində ən gözəlindən, yaxşısından biri olacaq...
Evin ağbirçəyi Sürəyya xanım doğma yurdunu, yaşadığı evini görmək üçün səbirsizlənir. Sürəyya Allahverdiyeva deyir ki, əgər desələr ki, kəndə gedirsiniz, Allaha qurban olum, lap belə iməkləyə-iməkləyə gedərəm Vətənimə, torpağıma. Vətən ayrı şeydir.
Hazırladı: Tahirə AĞAMİRZƏ