Bütün bunlar düşmənin törətdiyi ekoloji terror ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların pozulması deməkdir. Ermənilər bizi Həkəri, Bərgüşad, Zabux, Turqay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçaydan məhrum edərək onları vəhşicəsinə istismar etmişdir. Ermənilərin törətdiyi ekoloji terror cinayətləri Bəsitçay dövlət təbiət qoruğundan da yan keçməyib. Mənfur düşmən işğal müddətində qoruğun meşəlik ərazisini demək olar ki, məhv edib, ağacların kökünü, oduncağını yandırıb. Onlar Kəlbəcər və Laçın rayonlarında da müharibədən dərhal sonra da bu vəhşiiliyi etmişdilər. Onlara ərazilərimizdən çıxmaq üçün verilən möhlətdə yenə də bəd əməllərindən qalmamışdılar. Ermənilərə məxsus olmayan evləri məhv eləmiş, ağacları kəsmiş, yandırmışdılar. Bəstiçayın əsas təbiət kompleksi sayılan 200 min illik tarixə malik çinar ağacları qəddarcasına kökündən çıxarılaraq məişətdə istifadə edilib. Qubadlının mərkəzində yaşı 150-300 ilə çatan şərq çinarları, iri diametrli çoxillik qoz ağacları məhv edilib. 1960-cı illərdə salənmış sahəsi 2 hektar olan meşəpark yerlə yeksan olunub. Murovdağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Barambart meşə ərazisində 100 hektarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və digər çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb. Ermənistanın ekoloji terror siyasəti nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və fauna məhv edilib.İşğaldan azad olunmuş Zəngilan rayonundakı Vejnəli, Kəlbəcər rayonundakı Söyüdlü faydalı filiz yataqlarında Ermənistan tərəfindən qanunsuz olaraq qızıl çıxarılıb, təbii sərvətlərimiz mənimsənilib, ətraf ərazilər çirklənməyə məruz qalıb.
İndi Qarabaq və Şərqi Zəngəzur iqtisadi rayonlarında məhsuldar torpaqlar minalardan təmizlənir, parklar, qoruqlar bərpa olunur. Çirklənmiş çaylar, göllər durulur. Bütün bunlar isə Qarabağın və Şərqi Zəngəzurun ekoloji həyatını daha da canlandıracaq və zənginləşdirəcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ