08.09.2024, 06:03
AZ EN
16.01.2024, 12:40 266

Bu gün şəhid Sərxan Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan şəhid Əliyev Sərxan İslam oğlu 1998-ci il yanvarın 16-da Sumqayıt şəhərində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində hərbi xidmətə yollanıb.  Sərxan 2016-cı ildə Aprel döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun əsgəri Sərxan Əliyev 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. O, Füzuli istiqamətində gedən döyüşlərdə şücəaətlər göstərib. İgid əsgər Sərxan Əliyev oktyabrın 9-da Füzuli istiqamətində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Sumqayıtda böyük izdihamla torpağa tapşırılıb.

Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sərxan Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin adına yaşadığı məhəllədə abidə ucaldılıb, Sumqayıt şəhət uşaq xəstəxanasında isə böyük bir lövhə qoyulub. Eyni zamanda bir çox məktəblərimizdə sinif otaqları şəhid Sərxan Əliyevin adını daşıyır. 
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər