20.10.2024, 05:20
AZ EN
29.10.2022, 16:30 441

Mahir Abbaszadə: “Parabüzən” filmində erməni zülmündən qaçan insanların ağrılarını və əzmini hiss etdik"

XƏBƏRLƏR
  • “Parabüzən” filminə baxanda erməni zülmünü, mühasirədə qalan insanların ağrılarını və əzmini hiss etdik. Bu gün 29 illik vətən həsrətinə son qoyulub, mühasirədə mübarizə aparan insanların torpağı artıq azaddır”. Milli Məclisdə Laçın rayonunu təmsil edən deputat Mahir Abbaszadə BUNU “Parabüzən” filminin təqdimat mərasimində çıxışı zamanı deyib.

O vurğulayıb ki, bu gün azad Qarabağa, Şərqi Zəngəzura azad şəkildə səfər edə, belə çəkilişlər apara bilirik:

"Əslində bir azərbaycanlı ailəsinin erməni ilə qarşılaşdığı və apardığı mübarizə həm də bütövlükdə Azərbaycan xalqının nə qədər mübariz olduğunu nümayiş etdirmiş oldu. Hesab edirəm ki, belə filmlər çəkildikcə, digər xarici dillərə tərcümə olunduqca bizdən sonra gələn nəsillərin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni quldurlarının mülki azərbaycanlılara etdiyi zülm barədə geniş məlumatları olacaq. Eyni zamanda, bu gün düşmənimizi müdafiə edən qüvvələr bu ekran işinə baxaraq tutduqları əməllərdən utanmalıdırlar ki, erməni cəlladları azərbaycanlılara belə ağır faciələr yaşadıblar”, - deputat bildirib. ("Report")

Oxşar xəbərlər