22.11.2024, 20:54
AZ EN
18.12.2023, 16:04 300

Kəlbəcərdə reabilitasiya mərkəzi tikiləcək

XƏBƏRLƏR

Bərpa və yenidənqurma tədbirlərinin sürətlə davam etdiyi Kəlbəcər rayonunda yaxın vaxtlarda reabilitasiya mərkəzinin tikintisinə başlanacaq.

"Vətən səsi" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd edilib ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən reabilitasiya sahəsində xidmət keyfiyyətinin, o cümlədən vətəndaş məmnuniyyətinin artırılması istiqamətində də müvafiq işlər görülüb.O da bildirilir ki, 2021-ci ilin dekabrında Qəbələdə 25 çarpayılıq Uşaq Reabilitasiya mərkəzi açılıb. Yaxın vaxtlarda isə Şəmkirdə belə bir mərkəzin istifadəyə veriləcəyi gözlənilir. Eyni zamanda qarşıdakı müddətdə işğaldan azad olunmuş Kəlbəcər rayonu ilə yanaşı Quba, Ağcabədi və Şamaxıda da yeni reabilitasiya mərkəzlərinin tikilməsi nəzərdə tutulur.

2021-ci  ilin aprelindən etibarən Reabilitasiya müəssisələrinə əlilliyi olan şəxslərin qəbulu “Reabilitasiya” altsistemi vasitəsi ilə həyata keçirilir. Mərkəzlərdə rahat və maneəsiz qəbul edilmələri üçün altsistemin “Rezervasiya modulu” tətbiq edilir.

Elxan SALAHOV

Oxşar xəbərlər