01.08.2025, 16:00
AZ EN
07.05.2025, 16:07 198

Müsabiqənin qalibləri təltif olunublar

XƏBƏRLƏR
  • Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilmiş "Esse", "Şeir", "Rəsm", "Ən yaxşı divar qəzeti", "Futbol", "Basketbol" və "Ən yaxşı təqdimat" müsabiqələrinin qalibləri təltif olunublar.

Qeyd edək ki, müsabiqələrin keçirilməsində əsas məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun zəngin dövlətçilik irsini məktəblilərə daha dərindən tanıtmaq, şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək və onların yaradıcı düşüncəsini stimullaşdırmaq olub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər