21.11.2024, 21:54
AZ EN
26.02.2024, 13:49 367

2 yaşlı Xocalı sakini 32 ildən sonra xilaskarı ilə görüşdü

XƏBƏRLƏR

Polkovnik Əsəd Fərəcov “Belə-belə işlər”ə danışır:

-Bir tərəfdən hazırlıqlar görülürdü. İnsanları oradan çıxarmağa, kömək etməyə hardasa, vertalyot əlaqəmiz var idi. Bu faciə törədildi. Məlumat verildi ki, belə bir hadisə törədilib. Heç kim inanmaq istəmirdi ki, belə bir şey ola bilər. Dinc əhalini, qadınları, uşaqları belə vəhşicəsinə öldürə bilərlər. Hadisə törədiləndən sonra xilas ermək lazım idi bu insanları. Hərbçi olduğuma görə mən o işləri bilirdim. Ondan əvvəl mən Əfqanıstanda hərbi xidmət keçmişdim. Dərhal qruplar yaradıldı. Şelli tərəfdən Ağdam əhalisi ilə, Ağdam hərbçiləri ilə köməyə gedildi. Yaxın durmaq mümkün deyildi. Kim xilas oluna bilərdi, xilas edirdik, gətirirdik Ağdam şəhərinə. Rəhmətə gedənləri dəfnə yönəldirirdik. Sonra qərara alındı ki, oraya vertalyot göndərək. Birinci dəfə onda vertalyyoyla uçduq. Dəhşətli bir mənzərə idi. Dəhşətli bir ab-hava yaranmışdı orda. Bilirsiniz,  hər yerə meyidlər səpələnib. Ermənilər arada deyirlər ki, “onlara dəhliz verdik ki, getsinlər”. O dəhlizin özü tələ idi. Bir var insanlar səpələnir dağa, daşa, çaya, meşələrə, bir də var ki, bir dəhlizlə hamı gedir. Qaçanlar, qorxanlar. Bir qismini də orda güllələmişdilər. Jurnalistlərdən xahiş etdim ki, “gəlin, qoymayaq meyidlər qalsın. Heç olmasa, uşaq meyidlərini götürək”.

Jurnalistlər çəkliş aparırdı. Mən özüm başladım o meyidləri vertoloyota yığmağa. Onda Çingiz Mustafayev də bizimlə idi. Yəqin ki, o mənzərəni xatırlayırsınız. Çingizi müşyiət edən zabit ağlaya-ağlaya deyir: “Bunu da çək, bunu da çək”. Həmin mən idim həmin zabit. Ondan sonra bizim ikinci uçuşumuz oldu. İkinci uçuşumuzdan qabaq Ağdamın qonaq evində bir otaq vermişdilər. Yadıma düşdükcə həyacanlanıram, oturub ağlayıram. Bir də gördüm ki, nə isə səs-küy var. Ağdamın axundu, nurani bir kişi idi, adı yadımda deyil. Mən başımı belə sallayıb ağlayanda gördüm kimsə qarşımda durdu, dizi üstə, başladı əlimdən öpməyə. Dedi ki, sənin gətirdiyin uşaqlardan birini məsciddə yuyanda ayılıb.

-Dedim,  “hansı uşaqdır, hansı paltarda idi?”

-Dedi,  “göy gödəkcədə idi”.

Dedim, hə, mən onu anasının qucağından ayırdım, anası donmuşdu. Meyidlər çox idi, bu uşağa qarşı oldu istilik. Özümdən asılı olmayaraq mən yaxınlaşdım ona. Hiss olunurdu ki, babası, nənəsi, atası, anası...

O meyidlərin hamısı buna yaxın idi. Bir dəstə güllələnmişdi. Sözün düzü, o vaxtlar heç maraqlanmadım ki,  uşağın sonrakı taleyi necə oldu. Başımız elə qarışdı ki. Hadisələr gözlənilmədən oldu. Sonradan dərk etdik ki, belə bir hadisə olub. Çox sevindik. Uşaq ayıldı, amma teleyi barədə heç nə bilmirdim.

Şair Nigar Həsənzadə:

-2015-ci ildən “Söz” ədəbi layihəsi fəaliyyətə başladı və həmin ildən bu layihə Xocalı faciəsi qurbanlarına həsr olunan gecələr, tədbirlər keçirilirdi. Əsəd bəylə bizi tanış edən tanınmış hərbi ekspert dünyasını dəyişən Arye Ğut oldu.  Hər çıxışında hörmətli Əsəd bəy, Ağdam məscidində ölmüş hesab olunan körpə uşaq barədə danışırdı və biz bir-birimizə sual verirdik ki, maraqlıdır, bu uşağın taleyi nə oldu?

Mən ümid edirdim ki, biz bir gün bu suala cavab tapa biləcəyik.

Əsəd bəy:

-Heydər Əliyev Fondu 2008-ci ildə bir kampaniya yaratdı. “Xocalıya ədalət kampaniyası”. Bax, onunla başladı, bütün dünya bildi, tanıdı ki, Xocalıda belə bir soyqırımı olub.

Leyla xanımla görüşdük bir neçə dəfə.O, arzuladı ki, gəlin, o qızı tapaq. Gəlin, o qızla maraqlanaq, hardadır o qız?

-Dedim: “Bilmirəm, hardadır, amma sağdır o qız”.

Nigar Həsənzadə:

-İmkanlardan istifadə edərək bir neçə il çalışdıq, amma nəticəyə gələ bilmədik. 2022-ci ildə, səhv etmirəmsə,  Opera və Balet Teatrında Ukrayna teatrının tamaşası idi. Xocalı faciəsinin qurbanlarına həsr olunan bir tamaşa idi. O anları yada salanda, elə bil bədii bir film görürəm. Tamaşadan sonra kimsə mənim qolumdan tutub, dedi, Nigar xanım, axtardığınız qız burdadır. Düşünürəm ki, sözlərimlə ifadə edə bilməyəcəyəm bu hissləri. O görüş necə baş verəcək, xanım artıq böyüyüb. Görünüşü necədir, həyatı necədir, taleyi necədir, uşaqları varmı? O qədər sual var idi ki, beynimizdə. O an ki, mən Kubra xanımı gördüm, onun gözlərinə baxıb dedim ki, Kubra xnım, bilirsiniz sizi kim xilas edib?

-Dedi ki, xeyr.

Mən əsəd bəyin mənə danışdığı bu detalları Kubra xanımla paylaşdım. Əsəd bəyə zəng etdim, çox kövrəlid, danışa bilmədi.

-Əsəd müəllim, birdən indi o qız girsə içəri, gəlsə, siz onu görsəniz...

Əsəd bəy:

-Tapmısınız o qızı?

-Gəib?-Burada stidiyadadır?

Bu zaman Kubra xanım içəri daxil olur.

-Salam Əsəd müəllim.

-Salam.Necəsən?

-Yaxşıyam, siz yaxşı olasınız.

-Bilirsən nə qədər axtarmışıq səni?

İllər sonra tapılan Kubra Mahmudova və xilaskarı Əsəd Fərəcovla beləcə görüşürlər.

Kubranın ailəsi bu sıyqırımda 3 şəhid verib. Atası Telman Orucov, anası Raya Rəhimova, bacısı Xəyalə Orucova..

Kubra Mahmudova:

-Nənəmgil mənə danışmışdılar ki, bəs səni ananın qoynundan qoparıb gətirmişdilər. Məsciddə məni yuyan zaman mən ayılmışam. Yox, mən bilmirdim ki, mənim həyatımı kim xilas edib. Əsəd bəyə çox sağ olun deyirəm. Allah sizdən razı olsun, çox sağ olun. Mən həyatımı göydə Allah, yerdə sizə borcluyam. Sizim sayənizdə mən bu gün yaşayıramsa, sizin sayənizdə yaşayıram.

Əsəd bəy:

-Həm kədərlidir, həm sevincli hisslədir. Onu necə izzah edim sizə?!

Bir insanı ki, öz hərəkətinlə həyata qaytarmısan. Dediyim kimi, həyacanlı hisslərdir, sevincli hisslərdir. Yadıma düşür, bu gözəl balamızı, anasından necə ayırdım. Qucağıma götürdüm, onun özü də bir möcüzə idi ki, mən  son anda artıq  vertalyota minirdim, birdən-birə çöndüb, baxdım, elə bil dedilər, sola bax. Vertalyota qalxmaq istəyəndə dedim, saxla, qayıtdım onda uşağı  zorla donmuş anasından ayırdım.  Anası həm qanını içində idi, həm də donmuşdu. Mən özüm də məəttəl qalıram, bu, özü möcüzədir, bu uşaq necə donmayıb orda? Qucağımda gətirdim onu. Elə vertalyotdan düşən kimi verdim ki, aparın dəfn edin.

Kubra Mahmudova deyir ki, ailə üzvlərimiz 6 nəfərdən ibarət idi. Atam, anam, 3 baçı olmuşuq, 1 qardaş. Ailə üzvlərimizdən üçü şəhid oldu, üçümüz qaldıq. 2 bacı, 1 qardaş. Atam, anam və 5 yaşında Xəyalə adlı bacım şəhid oldular. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, Xocalı hadisəsi baş verən gecə bacım deyir ki, atam cimindən pul çıxardı, stolun üstünə nəzir qoydu ki,  hamımız ölək, amma əsir düşməyək. Bacım deyir ki, mən uşaq idim, başa düşmürdüm ki, anam niyə belə edir. Deyir ki, kağız parçasına hamnımızın adımızı, soyadımızı, kimin övladı olduğumuzu yazıb bizim qoynumuza qoyub ki,  müharibədir də, nəsə olar, nə isə baş verər. Biz onunla tapılaq. Həmin kağız parçası ilə yaxınlarım məni tapıblar. Bacım deyir, həmin gecə anamı vuranda  biz bir az qabaqda idik, atam bir az arxada idi. Çığırdılar ki, Telmanı vurdular, atamı. Anam arxaya çönəndə anama güllə dəymişdi. Anam arxaya çönməsəydi həmin güllə mənə dəyəcəkdi. Amma kaş o güllə mənə dəyəydi, anam sağ qalaydı. Çünki biz ata-ana kəlməsinin nə olduğunu bilmirik.  Mən heç bilmirəm, yenə bacım, qardaşım azdan-çoxdan bilirlər.

Əsəd bəy deyir ki, atasının da, anasının da meyidi yan-yana idi elə.

-Ölmüş anasının döşünü əmərkən donmuş uşaq, bax, o uşaq mənəm. Anama güllə dəyəndə mən onun kürəyində olmuşam. Bacım deyir ki, anam dizlərini qoydu yerə, mən dərk etmirdim axı nədir. Deyir, anam açdı, məni yerə qoyndan sonra özü yıxıldı. Mən onda durmuşam, anamı silkələmişəm ki, qorxuram, gedək evimizə. Təzədən anamın qoynun aralayıb, girib qoynuna, döşünü əmmişəm. Sonra məni Ağdam məscidində yuyublar ki, dəfn edələr anamla bir yerdə. Orda tibb bacısı görüb ki,  az da olsa nəfəs alıram. Mənə su dəyəndə ayılmışam. 2 yaşında olmuşam. Ağdamda tibb bacısı var,  o məni götürüb ki, aparıb mənə baxsın. Deyib ki, biz az yaxşılaşsın, qaytarıb sizə verərəm. Elə ordan götürüb məni aparıb evlərinə. Həmən qadın  rəhmətə gedib. Allah rəhmət eləsin. Onların yaxınları mənə yaxınlaşıb, nə qədər eləyib mənim saçım açılmayıb. Saçım qısa olsa da, deyir ki, ananın qanı saçında o qədər donmuşdu ki,  mən məcbur qaldım, sənin saçını kəsməli oldum...

Biz 3 uşaq ana nənəmin himayəsində böyümüşük. Çətin həyatımız olub. Mənim üçün çox ağırdır danışmaq. Heç kim başa düşə bilməz ki,  meyid kadrlarına baxıb atanı tanımaq nə deməkdir. Anamın ykadrı yoxdur, amma atamın var. Bu gün mənim atamın qəbri tapılmır. Tapa bilmirik atamın qəbrini, həmin hadisədən 9 gün sonra gətirib dəfn ediblər. Ona görə basdırıldığı yer bilinmir. Şəhidlər Xiyabanında hansı tərəfdədir bilinmir. Bu yxınlarda Xoclıya getdim, düzdür, indi deyəcəklər ki, 2 yaşında olan uşaq  nə xatırlayır? O sözü hər dəfə mənə deyəndə o söz məni o qədər  incidir ki, amma bilmirlər ki, mən o travma ilə böyümüşəm, o faciə sözü ilə böyümüşəm. Mən ilk dəfə Ağdama Şəhidlər Xyabanına gedəndə də  birinci məscidi ziyarət edəndə də hər yerdə qan gördüm., hər yerdə fəryad səsi eşitdim. İnanırsınız, Xocalıya gedəndə də mən onu yenidən yaşadım. Mən o torpaqlara ayağımı basa bilmirdim, Mən evimizə gedəndə qapının ağzında tərəddüd elədim, əvvəllər fikirləşirdim ki,  Ay Allah, Xocalı alınsa idi, gedərdim, birinci evimizi ziyarət edərdim. Amma mən Xocalıya gedəndə o hisslər, o duyğular, bambaşqa oldu, fikirləşdiyim bambaşqa idi, orda yaşadığım hisslər tamamilə bambaşqa hisslər oldu. Biz 6 nəfər evdən çıxmışdıq, amma mən evimizə qayıdanda, Xocalıya qayıdanda tamam tək tənha qayıtdım. Məni qarşılayan heç kim olmadı. Həmin evimizi atamla anam birlikdə tikmişdilər. Amma bilmirdilər ki, başlarına belə bir müsibət gələ bilər. Heç övladlarını böyüdə bilməzlər. Mən oranın hər bir qarışını öpüb duz kimi yaladım ki, bəlkə atamın, amanın ətrini duyaram...

Bizim quxnamızdan sonra yük otağı idi. Baş tərəfdə anamın servantı vardı. Servantın üstünə də büllur qab şirniyatla dolu olardı... Anamın üzünü heç vaxt xatırlamıram. Bir dənə ağ çalması, ağ xalatı yadımdadır arxadan. Yuxuma da elə girir. Üzünü heç vaxt görmürəm. Müharibə uşağlığımı, gəncliyimi əlimdən aldı. Bu gün mən yaşıyıram, amma qəlbən necə yaşayırm., onu bir mən bilirəm, bir də Allah bilir. Fevral ayını o qədər travma içində yaşayırıq ki..

Nigar Həsənzadə:

-Mən özümü çox xoşbəxt hiss edirəm. Allaha, sizə, Əsəd bəyə, Kubra xanıma dərindən təşəkkürümü bildirirəm. Bu xoşbəxtliyin belə bir anının, tarixinin  şahidi olmaq Bu, məncə, çox böyük bir şərəfdir. Dünya Xocalı soyqırımını necə var, elə də qəbul etməlidir. Bütün sənəd, faktlar göz qabağındadır. Neçə ildir artıq biz çalışırıq bu faktlarla dünyanın gözünü açaq. İkinci Qarabağ müharibəsinə münasibəti hər birimiz çox gözəl gördük və buna baxmayaraq, biz qələbəmizi çaldıq və dünyanın gözünü özümüz açdıq. Mən ədalətə inana insanlardanam İnanıram ki, bu dünyanın gözünü ədalət açacaq. Çünki bu gün Kubra xanım və Əsəd bəyin görüşü bu da ədalətin təcəsüm etməsidir.

Əsəd bəy:

-Mən də Allaha şükür edirəm ki, bu gün bu gözəl bala ilə görüşə bilmişəm. Qızıma məsləhət görürəm ki, nnları xatırlasın, yaddaşında saxlasın, amma bu balaları ilə yaşasın, həyatına davam etsin, şükür Allaha.

Kubra Mahmudova:

-Sizin sayənizdə. Allah sizdən razı olsun.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Qayıtmayan torpaqlarımızı geri qaytardı. Allah şəhidlərimizin hər birinə rəhmət eləsin. Qazilərimizə sansağlığı versin.

Qeyd edək ki, Əsəd bəylə xilas etdiyi həmin körpə qız 32 ildən sonra “Belə-belə işlər”in layihəsi əsasında görüşüblər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər