01.05.2025, 18:43
AZ EN
01.05.2025, 14:51 208

Qazaxın azad olunan kəndlərinin bərpasına başlandı

XƏBƏRLƏR
  • Qazax rayonunun işğaldan azad edilən Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Qazax Rayon İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, rayonun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndləri bir neçə mərhələdə yenidən qurulacaq. Həmin kəndlərin sakinlərinin doğma yurduna köçürülməsi də işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi mərhələli şəkildə həyata keçiriləcək.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası ilə bağlı keçirilən görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. Həmin kəndlər 2024-cü il mayın 24-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətinə götürülüb.

Elxan SALAHOV

Oxşar xəbərlər