Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidi Elməddin Məhəmməd oğlu Mustafayevin doğum günüdür. O, 1 may 2001-ci ildə Qəbələ rayonunda dünyaya göz açıb. 2007-ci ildə Qəbələ şəhər 4 saylı tam orta məktəbinə daxil olub. 2017-ci ildə Qəbələ rayonunda yerləşən Peşə Məktəbinə gedib. Peşə məktəbini aşpazlıq ixtisası üzrə bitirib. Elməddin Mustafayev 5 iyul 2019-cu ildə hərbi xidmətə yollanıb. Xidmətini Füzuli rayonunda davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Mustafayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə mərdlklə vuruşub.
Ordumuzun cəsur əsgəri olanElməddin Mustafayev 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz dogma Qəbələ şəhərində Şəhidlər xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elməddin Mustafayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Elməddin balamız!
Mina RƏŞİD