Maltalı nazir Donald Trampın Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasında rolunu əsas gətirərək mükafata namizəd göstərdiyini bildirib.
“Mən 2024-cü ildə ATƏT-ə rəhbərlik etmiş şəxs kimi Ermənistan və Azərbaycan arasındakı münaqişədə çoxlu insanlarla işləmişəm. ABŞ Prezidentinin sayəsində bu yay nəhayət iki ölkə arasında sülh (sülh sazişinin paraflanması – red.) əldə olundu”, - deyə Yan Borq vurğulayıb. (AZERTAC)