23.06.2025, 09:23
AZ EN
18.01.2024, 08:42 394

Füzuliyə köçən sakin: “Sevincimi ifadə etməyə gücüm çatmır”

XƏBƏRLƏR
  • “Çox sevinirik. Bu hissi ifadə etməyə adamın gücü çatmır”.

Bunları keçmiş məcburi sakin, Füzuli sakini Fəxranə Məmmədova jurnalistlərə deyib.

“Sevinirik, çünki neçə illərdir həsrətində olduğumuz torpaqlara qayıdırıq. Cənab Prezidentimiz İlham Əliyev sağ olsun ki, bu günü bizə yaşatdı. Onun uğurlarına çox sevinirik”, - sakin vurğulayıb.

F.Məmmədova qeyd edib ki, müharibə zamanı onun da yaxınları arasında şəhidlik zirvəsinə ucalanlar olub:

“Allah şəhidlərimizə rəhmət eləsin. Mənim doğmalarım arasında da şəhid olanlar var. Cəmi şəhidlərimizin ruhu şad olsun! Allah qazilərimizə can sağlığı bəxş eləsin.

Bundan sonra müharibə görməyək! Hamımız firavan, azad, sağlam yaşayaq. Hər bir evdə şadlıq, şənlik olsun.

Bu sevincli dəqiqələr, fərəh dolu anlar hamıya, hər bir ailəyə qismət olsun.

Füzuliyə həyat yoldaşım, oğlumla birlikdə qayıdırıq. Həyat yoldaşımın qohumları arasında da köçənlər var”. (Report)

Oxşar xəbərlər