20.09.2024, 13:56
AZ EN
05.11.2023, 19:15 190

Zəngilanda qəza olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

XƏBƏRLƏR
  • Bu gün İbrahimov Emin Ramiz oğlu idarə etdiyi 90-PZ-976 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı minik avtomobili Ağbənd istiqamətində hərəkət edən zaman yolun kənarında dayanmış "MAZ" markalı yük avtomobilinə çırpılıb.

Hadisə Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci km-də baş verib.

Nəticədə minik avtomobilinin sərnişini - Ağdaş rayon sakini 1972-ci il təvəllüdlü Sədiyev Şəmsəddin Vaqif oğlu hadisə yerində ölüb. Sərnişinlər - 1995-ci il təvəllüdlü Əsədov Təbriz Tamis oğlu, 1992-ci il təvəllüdlü Bayramov Natiq Aydın oğlu və 1995-ci il təvəllüdlü İsmayılov Vüsal Xəqani oğlu və sürücü - 1988-ci il təvəllüdlü İbrahimov Emin Ramiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR