Aprelin 28-də Qazax rayonunda fəaliyyət göstərən səyyar “ASAN xidmət” çərçivəsində Aşağı Əskipara və Xeyrımlı kəndinin sakinlərinə xidmət göstərilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, rayonun Qazaxbəyli kəndində məskunlaşan sakinlər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıblar. Həmin təşəbbüs Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçib.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır. (AZƏRTAC)