RİH başçısı Bayram Səfərov sakinlərlə görüşdə əvvəlcə çıxış edərək respublikada əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, “Böyük Qayıdış” proqramının icra vəziyyəti, sahibkarlığın inkişafı, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə məlumat verdi.
Qəbulda rayon sakinləri işlə təminat, Şuşaya qayıdış, mənzillə təmin olunmaq və onları narahat edən digər məsələlərlə bağlı suallarını səsləndirdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edildi, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Şuşa rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Mina RƏŞİD