24.04.2025, 14:14
AZ EN
24.04.2025, 08:21 204

“Zəkaların mübarizəsi” olimpiadasının Şərqi Zəngəzur regionu üzrə qalibi müəyyənləşib

XƏBƏRLƏR
  • Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən bilik yarışında Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, millət vəkilləri - Ceyhun Məmmədov, Rövşən Muradov, Mircəlil Qasımlı, sektor müdirləri, idarə əməkdaşları, direktorlar, şagirdlər və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları ilk növbədə ümumi və məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə vətən uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov "Zəkaların mübarizəsi" olimpiadasının gənclərin intellektual inkişafı üçün mühüm bir platforma olduğunu vurğulayıb. İştirakçıları təbrik edərək onların uğurlarının ölkənin gələcəyinə töhfə verəcəyinə inandığını qeyd edib. Millət vəkilləri isə çıxışlarında gənclərin elmə, təhsilə və yaradıcı düşüncəyə marağının artırılmasının vacibliyini qeyd edərək belə təşəbbüslərin hər zaman dəstəklənəcəyini bildiriblər.

Daha sonra ümumi təhsil müəssisələrinin şagirdləri musiqili kompozisiyaları ilə çıxış ediblər.

Bilik yarışında rayon təhsil sektorları üzrə hər komanda da 6 nəfər olmaqla ümumilikdə, 30 şagird 5 komandada mübarizə aparıb. IX-XI sinif şagirdlərindən ibarət komandalar riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələri üzrə səsləndirilən sualları cavablandırıblar.

"Zəkaların mübarizəsi" olimpiadasının keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması, müxtəlif regionlardan olan şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə, öyrənməyə təşviq etməkdən ibarətdir.

Bilik yarışının yekun nəticəsinə əsasən Zəngilan rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət "Çinar" komandası region mərhələsinin qalibi olub.

Qalib komandanı təbrik edir, olimpiadanın respublika mərhələsində uğurlar arzulayırıq!

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər