09.06.2025, 16:35
AZ EN
23.04.2025, 11:43 299

Qarabağ Universitetinin tələbəsi qalib olub

XƏBƏRLƏR
  • Qarabağ Universitetinin tələbəsinin iştirak etdiyi komanda “GreenTech II” startap və yaşıl texnologiyalar müsabiqəsinin final mərhələsində qalib olub.

Bu barədə universitetin məlumatında bildirilib.

Qarabağ Universitetinin tələbəsinin iştirak etdiyi komanda 30 ali təhsil müəssisəsinin iştirak etdiyi “GreenTech II” startap və yaşıl texnologiyalar müsabiqəsinin final mərhələsində qalib olub.

Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyi münasibətilə Gənclər Fondu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən müsabiqədə ölkəmizin 30 ali təhsil müəssisəsini təmsil edən 80 komanda iştirak edib.

Qeyd olunub ki, komandalar rəqəmsal ekologiya, robototexnika, yaşıl nəqliyyat texnologiyaları, davamlı inkişaf üçün sosial innovasiyalar adlı 4 kateqoriya üzrə bilik və innovativ yanaşmalarını nümayiş etdiriblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər