20.10.2024, 03:58
AZ EN
18.03.2024, 07:31 286

Füzuli sakini: Doğma yurdumuza qayıdışa görə Prezidentimizə təşəkkür edirəm

XƏBƏRLƏR
  • Mənə və ailəmə doğma yurdumuz Füzuliyə qayıtmaq sevincini yaşatdığına görə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirəm.

Bunu bu gün Füzuliyə köçən keçmiş məcburi köçkün Gülnaz Bağırova jurnalistlərə deyib.

“Dayım İslam Əliyev müharibədə şəhid olub. Allah onun simasında bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”, - o əlavə edib.

G.Bağırova gələcək arzularını da dilə gətirib:

“Mən 1 saylı regional ASAN Xidmət Mərkəzində işləyirəm. İnşallah Füzulidə də ASAN Xidmət açılar, fəaliyyətimi orada davam etdirərəm.

Füzuli işğaldan azad edildikdən sonra ora ilk dəfədir gedirəm. Çox həyəcanlıyam”. (Report)

Oxşar xəbərlər