Qətnamədə həmçinin bildirilir ki, “Ana-Yer” termini bir çox ölkələrdə qəbul olmuşdur və insan, yer planeti və onun ekosistemləri arasındakı əlaqəni əks etdirir. BMT-in bütün üzv ölkələrinə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına “Beynəlxalq Ana-Yer kürəsi Günü”-nü qeyd etməyi tövsiyə edən Baş Assambleya, bu bayramın artıq hər il bir çox ölkələrdə qeyd olunduğunu diqqətə çatdırır. Şimal yarımkürədə Yer Kürəsi günü yazda, Cənub yarımkürədə isə payızda qeyd olunur. Bu ümumdünya aksiyasının əsas məqsədi cəmiyyətin və hər bir insanın Yerin problemlərinə, onun ətraf mühitinin problemlərinə diqqəti cəlb etməkdir.
Bizim Yer Kürəmiz necədir? Hesablamalara görə, Yer Kürəsinin 4.5 milyard il yaşı vardır. Bu gün hər kəs öz həyətinin, küçəsinin yaşıllaşdırılmasında, abadlaşdırılmasında iştirak edə bilər. 22 Aprel Ana-Yer kürəsi Günü, yaz bərabərliyi günündə qeyd olunan Yer Günü kimi, planetin bütün yaşayış məskənlərində yaşayan hər bir sakinə bizim böyük ortaq evimizə minnətdarlıq etmək imkanı verir. Hər il dünya ölkələrinin alimləri bu gündə dəyirmi masa arxasında qlobal ekoloji problemləri müzakirə etmək üçün toplaşırlar. Müxtəlif ölkələrdə fərqli- fərqli aksiya və tədbirlər keçirilir. Bunlar konfranslar, sərgilər, şəhərin ən işlək küçələrində avtomobil hərəkətinin dayandırılması, ərazilərin təmizlənməsi və ağacların əkilməsidir.
Hazırladı: Mina RƏŞİD