Müraciətdə dövlətimizin başçısının Ümummilli Liderin uzaqgörənliklə müəyyənləşdirdiyi kursa sadiq qalaraq, onun jurnalistika ilə bağlı baxışlarındakı ideoloji xəttə davamlılıq qazandırdığı vurğulanlr. “Bu xətt jurnalist peşəkarlığının yüksəldilməsindən tutmuş media orqanlarının maddi-texniki bazasının, kütləvi informasiya vasitələri əməkdaşlarının sosial-məişət şəraitinin yaxşılaşdırılmasınadək bir çox vacib məqamları özündə birləşdirmişdir. Rəhbərliyiniz altında reallaşdırılmaqda olan çoxşaxəli islahatlar proqramı jurnalistikanı da əhatə edir. Gözləntimiz və arzumuz budur ki, Qafqaz coğrafiyasında xüsusi çəkiyə malik media orqanlarımız dünyanın nüfuzlu kütləvi informasiya vasitələri ilə rəqabət mühitinə hazır olsunlar,” – deyə müraciətdə bildirilir.
Müraciətdə ölkə rəhbərinin 44 günlük Vətən Müharibəsi dövründə dünyanın qlobal media orqanlarına müsahibələrində söylədiyi fikirlərin düşmənlə apardığımız informasiya savaşının əsas konturlarını təşkil etdiyi qeyd olunur və bildirilir ki, bu savaşdan qalib ayrılmaqdan, torpaqlarımızın düşmən tapdağından qurtulmasına şahidlikdən, zəfər təntənəsini yaşamaqdan böyük xoşbəxtlik ola bilməzdi.
Müraciətdə deyilir: “Onu da bildiririk ki, dünyada baş verən qlobal proseslər fonunda milli maraq və mənafelərimizin qorunmasındakı prinsipiallıq və qətiyyətiniz Azərbaycan jurnalistlərinin ən mühün yaradıcılıq mövzusudur. Bu istiqamətdə materiallar hazırlamaq, təhlillər aparmaq peşə zövqümüzdür. Bizi güclü edən, qürurlandıran bu fəalliyyətin Vətənimiz naminə olduğuna dərin əminliyimizdir.
Möhtərəm cənab Prezident, Azərbaycan jurnalistlərinin VIII qurultayı kütləvi informasiya vasitələrimizin qarşısında ali vəzifələr müəyyənləşdirməkdədir. Biz Sizin şəxsinizdə Azərbaycan dövlətinin media siyasətinin zəngin mahiyyətinə güvənərək dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsi naminə bütün vəzifələrin icrasına hazır olduğumuzu bəyan edirik.
Sizə Vətənimizin çiçəklənməsinə yönələn müqəddəs fəaliyyətinizdə yeni-yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq.
Uca Tanrı yar və yardımçınız olsun!"