Bu barədə aprelin 18-də Samux rayonunun Qovlarsarı kəndində dəfn edilən Birinci Qarabağ müharibəsində şəhid olmuş Münasib Mehdiyevin qardaşı Adil Mehdiyev danışıb.
O, illər sonra qardaşının nəşinin dəfn edildiyi məkanın müəyyənləşdiyi üçün sevindiyini deyib:
“Dövlət başçısına və bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm, 33 il sonra qardaşımın taleyi məlum oldu, gözlərimiz yollardan çəkildi.
Anam qardaşımın yolunu gözləyə-gözləyə, onun həsrəti ilə dünyasını dəyişdi. İndi onlar qovuşublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. (Report)