22.11.2024, 21:22
AZ EN
22.08.2024, 15:04 265

İftixar Piriyev: “Seçki prosesi milli mədəniyyətin dirçəlişini stimullaşdırır”

XƏBƏRLƏR
  • “Azərbaycan Respublikasının ərazi bütövlüyü tam şəkildə bərpa edildikdən sonra ölkə qarşısında yeni vəzifələr durur. Bu seçkilər həmin vəzifələrin icrası üçün əsasları möhkəmləndirən vacib mərhələdir”.

Bu barədə Azərbaycan Dövlət İrəvan Dram Teatrının direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu seçkilər Azərbaycanın ərazi bütövlüyünün qorunması, milli mədəniyyətin dirçəlişi və Qərbi Azərbaycan mədəniyyətinin bərpası üçün yeni imkanlar yaradır: “Bizim məqsədimiz yalnız Azərbaycan xalqının hüquqlarını bərpa etmək deyil, həm də Qərbi Azərbaycan mədəniyyətini yenidən canlandırmaqdır. Azərbaycan Dövlət İrəvan Dram Teatrının inkişafı da bu prosesin ayrılmaz bir hissəsidir”, - deyə İftixar Piriyev vurğulayıb.

Oxşar xəbərlər