Bu barədə Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Aytac İskəndərova məlumat verib. Onun sözlərinə görə, tutulma prosesi saat 19:28-də Ayın Yer yarımkölgəsinə daxil olması ilə başlayacaq. Saat 21:30-da isə Ay tam tutulma mərhələsinə keçəcək.
“Tutulmanın maksimum mərhələsi saat 22:11-də baş verəcək. Bu zaman Ay səma cisimləri arasındakı işıq sönməsi səbəbilə qırmızımtıl rəngdə görünəcək. Tam tutulma mərhələsi 22:52-yə qədər davam edəcək. Ay tutulması prosesi bütövlükdə saat 00:55-də, Ayın yarımkölgədən çıxması ilə sona çatacaq. Ümumilikdə, tutulma təxminən 5 saat davam edəcək”, - deyə A.İskəndərova qeyd edib.
Rəsədxanasının elmi işçisinin sözlərinə görə, bu nadir astronomik hadisə yalnız Azərbaycanda deyil, Avropa, Asiya, Afrika və Avstraliyada da müşahidə oluna biləcək. Lakin Şimali və Cənubi Amerikada həmin vaxt Ay üfüqdən aşağıda olacağı üçün tutulma izlənə bilməyəcək. (AZƏRTAC)