28.06.2025, 06:30
AZ EN
03.05.2024, 10:03 360

21 yaşlı ordenli qəhrəman

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsinin qəhrəman şəhidlərindən biri - Famil Habil oğlu Əlizadənin doğum günüdür. O, 1999-cu il mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2005-2016-cı illərdə Ərkivan qəsəbəsinin tam orta məktəbində, 2016-2017-ci illərdə Bakı şəhərində 2 saylı peşə məktəbində təhsil alıb. Famil Əlizadə 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Famil Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 21-də Füzuli döyüşlərində qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz Masallı rayonunun Ərkivan qəsəbəsində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, məzarın nurla dolsun, qəhrəman Famil balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər