Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olan Fuad Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan, Hadrut, Füzuli, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fuad Əliyev noyabrın 11-də Şuşada qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz doğma Tovuz rayonunun Aşağı Öysüzlü kəndində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fuad Əliyev ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Fuad balamız!
Mina RƏŞİD