BDU-dan bildirilib ki, müsabiqəyə təqdim olunan esselər 2-3 səhifə həcmində, Azərbaycan, rus və ingilis dillərindən birində olmalıdır.
Esselər müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə oktyabrın 31-dək BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin elektron poçt ünvanına (press-service@bsu.edu.az) göndərilməlidir.
Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.
Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər təltif ediləcəklər.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində dərc olunacaq.(AZƏRTAC)