- Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Abşeron rayon St.Sumqayıt ərazisində salınmış istirahət parkında və həmin ərazidə fəaliyyət göstərən Qubadlı rayon Mədəniyyət evinin həyətində, 28 May Mədəniyyət evinin həyətində, Rayon İcra Hakimiyyətinin həyətində, Sumqayıt şəhərində 10 müxtəlif ünvanda yerləşən şəhid abidələrinin qarşısında gül kolları əkilib. Eyni zamanda həmin ərazilərdə təmizlik işləri aparılıb, əkilmiş ağac və gül kolları suvarılıb.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, Kommunal Müəssisələr Kombinatının işçiləri, həmin ərazidə yaşayan rayon sakinləri iştirak ediblər.
Ümumilikdə 2000 ədəd gül kolları əkilib.
Tahirə AĞAMİRZƏ