2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edən Qoşqar Vəliyev 2010-2013-cü illərdə Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə, 2013-cü ildən Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Qoşqar Vəliyev 44 günlük Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və tank partlaması zamanı aldığı kəllə-beyin travmasına görə xəstəxanaya yerləşdirilib. Müalicəsinin 20-ci günündə yarımçıq qoyan Qoşqar Vəliyev döyüş meydanına qayıdıb və 22 noyabr tarixində Şuşa şəhəri yaxınlığında qəhrəmancasına şəhid olub.
Qoşqar Vəliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Məzarı nurla dolsun!
Tahirə AĞAMİRZƏ