10.06.2025, 00:53
AZ EN
05.04.2025, 15:46 147

Ağdərə sakini: Bundan sonra doğma torpaqlarımızda xoş günlərimiz başlayacaq

XƏBƏRLƏR
  • “32 ildən sonra doğma torpaqlarımıza qayıtmışıq. Vətənin o başı, bu başı olmaz deyiblər. Ancaq insana doğulduğu yer daha əziz, daha şirindir. Odur ki, Vətənimizi bir gün də olsun unutmamışdıq”.

Bu sözləri bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə köç edən keçmiş məcburi köçkün Şahin Əzimov deyib.

“Mən Ali Baş Komandana təşəkkür edirəm, Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm. Bundan sonra doğma torpaqlarımızda xoş günlərimiz başlayacaq”, - deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər