21.09.2024, 21:54
AZ EN
30.07.2024, 10:52 298

Bu gün şəhid Kamal Məmmədovun doğum günüdür

XƏBƏRLƏR
  • Onlar ailədə iki qardaş, bir bacı idilər. Kamal və Amal Şanlı Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda vuruşdular. Kamal bu haqq savaşımızda qəhrəmancasına şəhadətə ucaldı. Valideynləri deyirlər ki, onlar Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün şərəfinə bu adı övladlarına vermişdilər. Kamal isə 44 günlük Vətən müharibəsində qanıyla Zəfər tariximizə imza ataraq öz adını daha da şərəfləndirdi...    

Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Kamal Şamil oğlu Məmmədovun doğum günüdür. O, 1998-ci il iyulun 30-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2004-2015-cı illərdə S.Vurğun adına Qullar kənd tam orta məktəbində, 2015-2019-cu illərdə Azərbaycan Texniki Universitetinin (AzTU) “Maşınqayırma və robototexnika” fakültəsində təhsil alıb. Kamal Məmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2019-2020-ci illərdə Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Kamal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış kəndi və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub.

Kamal Məmmədov oktyabrın 16-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Balakən Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Kamal Məmmədov ölümündən sonra “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Kamal balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər