19.07.2025, 11:30
AZ EN
13.01.2023, 16:21 327

Bakı Həmləsi taborunun qazisi

XƏBƏRLƏR

Tale onu da doğma yurdundan didərgin saldı. Böyüdükcə düşmənə nifrət hissi daha da alovlanırdı. Nəhayət, gün gəldi düşmənə öz sözünü deyə bildi Hüseyn. Əslən Laçın rayonunun Kalafalıq kəndindən olan Süleymanov Hüseyn Kamil oğlu 1995-ci ildə Ağcabədi rayonu Taxtakörpü ərazisində anadan olub. 2001-ci ildə Səməd Əmirov adına 2 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 201-ci ildə orta təhsilini başa vuran Hüseyn peşə məktəbini də oxuyub. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış, 2016-cı ilin aprel döyüşlərində iştirak edib və 2017-ci ilin yanvarında ordudan tərxis olunub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Həmlə taborunun pulemyotçusu kimi Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd istiqamətində igidlik göstərib. Hüseyn bildirdi ki, Xocavənd rayonunun Dilağarda kəndində mən ağır yaralandım, pulemyot köməkçisi isə şəhid oldu. Quru Qoşunlarının xüsusi təyinatlı həmlə (əməliyyatı) taborları ən öndə döyüş əməliyyatlarında iştirak edirdilər.  Mən burada yaralanıb 2-ci qrup elil olsam da Vətən müharibəsinin iştirakçısı olmağımdan qürur duyuram.

İsa MUSAYEV

Oxşar xəbərlər