19.10.2024, 23:34
AZ EN
11.03.2022, 12:00 1359

Sülhməramlıların təxribatlara göz yumması təəssüf doğurur

XƏBƏRLƏR

Son günlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə cəmləşən qanunsuz erməni silahlı dəstələrinin ordumuzun mövqelərinə qarşı törətdiyi təxribatlara dərhal və adekvat cavab verilir. Azərbaycan Ordusu erməni terrorçularını dəqiq vuran silahlarla anında məhv edir.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə aktual” videolayihəsinə müsahibəsində "M5 müdafiə və strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi, hərbi analitik Ruslan İmamquliyev bildirib.

O, qeyd edib ki, 10 noyabr üçtərəfli bəyannaməsinin şərtlərinə tamamilə zidd olan bu terror-təxribat hərəkətlərinin qarşısı qətiyyətlə alınır və qanunsuz erməni silahlıları bundan sonra da layiqli cavablarını alacaqlar. R.İmamquliyev xüsusilə vurğulayıb ki, baş verən təxribatlara ərazidə müvəqqəti yerləşən sülhməramlılar münasibət bildirməldir:

“Əlbəttə ki, sülhməramlılar məsuliyyət daşıyır, erməni terrorçuları onların kölgəsində gizlənərək təxribatlar törədir. Bu da qəbuledilməzdir. Sülhməramlılar öz fəaliyyətlərini yerinə yetirməli, vəziyyəti nəzarətdə saxlamalıdır. Amma biz bunu görmürük. Sülhməramlıların təxribatlara göz yumması təəssüf doğurur”.

Hərbi analitik həmçnin Rusiya-Ukrayna ətrafında yaranan hərbi qarşıdurma, bölgədə baş verən müharibənin region ölkələrinə mənfi təsirlərindən də danışıb. Müsahibə zamanı Türkiyə və Azərbaycanın bölgənin əsas oyunçuları kimi Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həll edilməsinə verdiyi davamlı töhvələr müzakirə edilib. Eyni zamanda Ermənistan baş nazirinin Fransaya səfərinin Rusiyada rəsmi dairələrində qəzəblə qarşılanması, Paşinyanın növbəti dəfə qərbə üz tutmaqla Rusiyaya xəyanət etməsi məsələlərindən danışılıb.

Oxşar xəbərlər