30.04.2024, 14:00
AZ EN
22.12.2023, 08:00 217

Laçın sakini: “Bu gün hamımız sevincliyik”

XƏBƏRLƏR
  • “Bu gün hamımız sevincliyik, çünki yurdumuza qayıdırıq”.

Bu sözləri Laçın rayonunun Zabux kəndinin sakini, keçmiş məcburi köçkün Ramin Abbasov deyib.

O, bu xoşbəxt günü məcburi köçkünlərə bəxş edən hər kəsə minnətdarlığını bildirib:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, Ali Baş Komandanımız İlham Əliyevin, hərbçilərimizin canını sağ eləsin. Hamımız sevinc içindəyik”.

“Mən Laçını 12 yaşımda tərk eləmişəm. Qırx üç yaşımda yurduma qayıdıram. Uzun illərdən sonra ilk dəfə kəndimizə qayıdıram. Zabuxu tərk etməyimizdən uzun zaman keçsə də kəndimiz bu günə kimi yadımdadır. Allah bütün məcburi köçkünlərimizə yurdlarına qayıtmağı nəsib eləsin”, - R.Abbasov deyib. (Report)

Oxşar xəbərlər