Bu mərhələdə Xocalı şəhərinə 33 ailə - 138 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, 28.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı şəhərinə cəmi 85 ailə (342 nəfər) köçürülmüşdür. (AZƏRTAC)