Bu sözləri Ağdamda Xocalının Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Zenfira Hümbətova deyib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Qələbə qazandığını bildirən Zenfira Hümbətova, qəhrəman Vətən övladlarının sayəsində öz doğma yurdlarına qayıtdıqlarını vurğulayıb.
Qeyd edək ki, respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Böyük Qayıdış proqramı çərçivəsində martın 14-də Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 24 ailə - 98 nəfər köçürülür. (AZƏRTAC)