Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Mikayıl oğlu Həsənov 1993-cü il martın 6-da Bakı şəhərində anadan olub. 2006-2010-cu illərdə Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə (FRITL) təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alan Cavid Həsənov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində olan "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı döyüşə Xocavənd rayonundan başlayıb və düşmənin canlı qüvvəsinin məhv edilməsində böyük şücaət göstəyib.
Qəhrəman döyüşçümüz 20 oktyabr tarixində Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Cavid Həsənov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!
Tahirə AĞAMİRZƏ